BAKI, 23 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp müdafiə naziri postuna namizədin adını açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, 2019-cu il yanvarın 1-dən müdafiə naziri vəzifəsini müvəqqəti olaraq Pentaqon rəhbərinin hazırkı müavini Patrik Şanaxanın icra edəcəyini bildirib.
Tramp bununla bağlı Twitter səhifəsində yazıb: “Patrik müdafiə nazirinin müavini və daha əvvəl Boinq-də işlədiyi dövrdən nailiyyətlərinin uzun siyahısı var”.
Şanxan aviatikinti şirkətində baş vitse-prezident postunu tutub. O, 2017-ci ilin martında müdafiə nazirinin müavini olub.
Qeyd edək ki, Tramp Pentaqonun hazırkı rəhbəri Ceyms Mettisin istefası barədə ötən həftə elan edib.