İQTİSADİYYAT

Nazir müavini sahibkarlar üçün yaradılan yeni imkanlardan danışdı

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyir ki, ölkəmizdə istehsal olunan məhsulların dünya bazarında satılması güclü sahibkar ordusunun göstərdiyi xidmətlərin nəticəsidir
Sputnik

Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb, ümumi daxili məhsulda özəl sektorun payı 80 faizi, məşğulluqda isə 75 faizi keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirilib.

Sahib Məmmədov deyib ki, bu gün istehsal olunan məhsullar  rəqabət qabiliyyətliliyinə və ixracyönümlülüyünə görə dünya bazarında satışı təmin olunur:

“Bu formalaşmış güclü sahibkar ordusunun göstərdiyi xidmətlərin nəticəsidir. Hesab edirik ki, formalaşmış bu iqtisadi potensialda sahibkarların rolu danılmazdır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. İstehsal olunan məhsulların həcminin artırılması ölkəyə əlavə valyutanın daxil olmasına şərait yaradır. Bu da yeni istehsal sahələrinin yaradılması və mövcud sahələrin daha da genişləndirilməsi üçün zəmin formalaşdırır”.

Sahib Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz