CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial evlərlə bağlı qaydalar təsdiqləndi

Müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb
Sputnik

BAKI, 22 dekabr — Sputnik. “Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”nin təsdiq edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Novruz Məmmədov Azərbaycan xalqına müraciət etdi

İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin tikinti mərhələləri:

1. relyefin təşkili planına uyğun olaraq, tikinti üçün ayrılmış ərazinin şaquli planlaşdırılması;

2. tikintinin təşkili layihəsinə uyğun olaraq, müvəqqəti bina və qurğuların tikintisi və obyektlər üzrə tikinti sahəsində torpaq işləri;

3. bünövrənin və yeraltı konstruksiyaların quraşdırılması;

4.bünövrənin və torpaqla təmasda olan yerlərin hidroizolyasiyası və torpağın  əks doldurulması;

5. hər mərtəbə üzrə konstruktiv elementlərin quraşdırılması;

6. mərtəbələr üzrə xarici, daxili, arakəsmə və şaxta divarlarının hörülməsi, habelə suvanması;

7. mərtəbələr üzrə pəncərə, vitraj və qapıların qoyulması;

8. daxili mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması və sınağı (ayrı-ayrılıqda qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları);

9. dam örtüklərinin qurulması və fasadda tamamlama işləri;

Sosial ev almaq istəyən vətəndaşlar bu məqamlara diqqət etməlidirlər

10. mərtəbələr üzrə döşəmələrin qurulması;

11. liftlərin quraşdırılması və işə buraxılması;

12. mərtəbələr üzrə daxili tamamlama-bəzək işləri;

13. xarici mühəndis-kommunikasiya təminatı sisteminin çəkilməsi və sınağı;

14. abadlıq və yaşıllaşdırma işləri.

İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə tikinti mərhələlərinə uyğun ödəniş şərtləri (sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması işləri istisna olmaqla):

1. müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən müqavilə qiymətinin 30 faizi qədər vəsait avans olaraq podratçı təşkilata ödənilir;

2. yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvili və qəbulu üzrə F-2 formalı akt (1 nömrəli əlavə) tərtib olunur və həmin akt əsasında xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında F-3 formalı arayış (2 nömrəli əlavə) müvafiq qaydada rəsmiləşdirilir. F-3 formalı arayış xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün əsas sənəd sayılır;

3. görülmüş tikinti işləri üzrə təqvim ayında ən azı bir dəfə F-2 formalı akt və F-3 formalı arayış əsasında ödəniş həyata keçirilir;

4. işlər mərhələlər üzrə podrat müqaviləsinin şərtlərinə zidd olaraq keyfiyyətsiz yerinə yetirildikdə, nöqsanlar aradan qaldırılanadək yerinə yetirilmiş tikinti-quraşdırma işləri sifarişçi tərəfindən qəbul edilmir;

5. tikinti obyektinin istismarına icazə verildikdən sonra podrat müqaviləsinin şərtlərinə uyğun olaraq, təminat müddətinin sonunda müqavilə qiymətinin qalıq hissəsi ödənilir.

Tikinti obyektlərinin sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması üçün podratçılara müvafiq olaraq quraşdırma işlərinin ilkin mərhələsində ən çoxu 20 faiz avans ödənildikdən sonra bu sənədin 2.2-2.5-ci bəndlərinə uyğun olaraq tamamlanmış və təhvil verilmiş işlərə görə qalıq vəsait ödənilir.

4. Obyektin tikintisi müddətində Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı rəsmi məlumatlara əsasən kompensasiyanın ödənilməsi ilə əlaqədar olan məsələlərə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq podrat müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş şərtlər çərçivəsində baxılır.