CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Ramil Usubova “Şöhrət” ordeni verdi

İlham Əliyev daxili işlər naziri ilə bağlı sərəncam imzalayıb
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev daxili işlər naziri general-polkovnik Ramil Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilib.