HADİSƏ

İsmayıllıda 65 yaşlı qadını boğub öldürdülər

Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosların arasında gizlədiblər
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətllə yetirilib.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı Ə.Axundovanın kəndirlə boğularaq və baş nahiyyəsinə küy alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosların arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.