HADİSƏ

Bulvarda bir nəfər dənizə düşüb

Batan şəxs xilas edilərək aidiyyatı üzrə təhvil verilib
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.