Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 22 dekabr — Sputnik. Bərdədə rayonlar arasında qovşaq rolunu oynayan strateji baxımından əhəmiyyətli körpü bu günlərdə bölgə sakinlərinin istifadəsinə verilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, bununla da əhalinin may ayından davam edən nigarançılığına son qoyulub.
Qeyd edək ki, körpü may ayının ortalarından sökülüb və yenidənqurma işlərinə başlanılıb. Avtomobillərin hərəkətliliyində ciddi çətinliklər səbədindən, sürücülər mənzilə 5-6 km artıq məsafə qət etməklə çata bilirdilər. Alternativ körpü kiçik ölçülü olduğundan, müntəzəm olaraq tıxac problemi yaşanırdı.
Bərdə körpüsünün yenidən istifadəsi ilə yaranan çətinliklər artıq aradan qalxıb. Avtomobillərin hərəkəti həmişəki kimi normal axarına qayıdıb.
Əlavə edək ki, körpüdə aparılan yenidənqurma işləri AAYDA tərəfindən icra olunub. Layihənin həyata keçirilməsinə 7 milyon manat xərclənib.