Barak Obamadan sonra Mişel Obama da gündəm yaratdı - VİDEO

Mişel Obama kitabının təqdimat mərasimində hər kəsin gözünü qamaşdırdı
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Şaxta Baba geyimi ilə xəstəxanaları gəzərək körpə uşaqları sevindirən Barak Obamanın həyat yoldaşı geyimi ilə gündəm yaradıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Mişel Obama yeni işıq üzü görən "Becoming" kitabının təqdimat mərasimində geydiyi uzunboğaz çəkmələrlə hər kəsin diqqətini çəkib. Hər zaman sadə və daha ucuz geyinməsi ilə fərqlənən Mişel Obamanın diqqətçəkən uzunboğaz çəkmələrinin qiyməti 2 milyon 850 min 243 dollar dəyərindədir.

Yeni kitabının təqdimat mərasimi üçün ölkəni gəzən Mişel Obama müəllifi olduğu bu nəşrdə şəxsi həyatı və moda dünyası ilə bağlı düşüncələri yer alıb.

Qeyd edək ki, Mişel Obamanın bu ayaqqabısı "Balenciaga" firmasındandır.