BAKI, 22 dekabr — Sputnik. Azərbaycanlı aparıcı Ceyran Nərimanın xərçəng olması ilə bağlı sosial şəbəkələrdə onun yaxınları, sənət yoldaşları tərəfindən məlumatlar yayılıb. Sputnik Azərbyacan-ın xəbərinə görə, aparıcı Arzu Umut da bu haqda "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb.
"Dəyər verdiyin birinin gözünün qarşısında əridiyini gördükdə bəzən elə zaman olur ki, sözlər də acıq qalır. Ceyran həyatı boyu özü üçün yaşamayıb, illərini teatra və televiziyaya xərcləyib, incəsənət üçün çalışıb. Halal qazanıb. İndi də quru canı ilə əlləşir. Biz dostları isə gücümüz çatan qədər dəstəyimizi göstəririk. Amma bu da yetmir. Sizdən kömək istəyirəm. Azdan nə fayda olur, deməyin. Lütfən anasını balası qədər əzizləyən övladın anasını gözüyaşlı qoymayın" – deyə A.Umut bildirib.
Artıq aktrisaya yardım məqsədi ilə bank hesabı da açılıb.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı "Space" televiziyasında çalışıb. Hazırda o, Sumqayıtda yayımlanan "Dünya TV"nin əməkdaşıdır.