ABŞ geri çəkiləndə də xainlik edir, silahlar PKK-ya verilir

Vaşinqton Türkiyəyə qarşı əməliyyat üçün PKK-ya yardım edir
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Pentaqonun Suriyadakı əsgərlərini geri çəkib çəkməyəcəyi məsələsi müzakirə olunduğu bir vaxtda ABŞ-ın PKK terror təşkilatına 500 yük maşını dolu silah-sursat göndərdiyi açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həmin yük maşınları Suriyanın Qamışlı və Dərik adlanan ərazilərinə göndərilib. Artıq silah dolu maşınların Türkiyə ordusunun əməliyyat aparacağı bölgələrdə yerləşdirildiyi qeyd olunur.

Türkiyə mediasının yaydığı xəbərdə bildirilir ki, PKK-ya yardım üçün göndərilən bu silahlar Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əleyhinə istifadə edilərək terrorçuların təhlükəsizliyini möhkəmləndirəcək.

Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Suriyadakı qoşunlarını geri çəkəcəyini açıqlamışdı.