SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Yerevanda tətil və etirazlar başladı: Nazirliklər Paşinyanın planına qarşı çıxdı

Nazirlik Ermənistan üçün strateji məsələlərlə məşğul olur
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Ermənistanda diaspora və mədəniyyət nazirliklərinin onlarla əməkdaşı tətil elan edib. Etirazçılar Yerevanın mərkəzində yerləşən iki nazirliyin qarşısında toplaşıblar. Sputnik Ermənistan xəbər verir ki, onlar dövlət aparatında islahatların aparılması və hökumətin strukturunun dəyişdirilməsinə qarşıdır.

Ermənistanda etiraz aksiyaları gözlənilməz məcraya yönəldi - VİDEO

Hazırda etirazçılar Ermənistan hökumətinin binasına doğru yönəlib. Onlar baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana məktub təqdim etmək istəyirlər.

Ermənistan hökumətində struktur islahatlarından sonra 17 nazirlik əvəzinə 12 nazirlik qalacaq. Mədəniyyət, idman və gənclərlə iş üzrə nazirliklər təhsil və elm nazirliyi ilə birləşdiriləcək.

"Biz Ermənistan baş naziri səlahiyyətlərini icra edən şəxsin adına məktub yazdıq. Məktubda Mədəniyyət Nazirliyinin niyə ayrıca nazirlik kimi fəaliyyət göstərməsi izah edilir", - deyə nazirliyin əməkdaşı Arutyun Vanyan Sputnik Ermənistana bildirib.

O vurğulayıb ki, belə bir birləşmə Mədəniyyət Nazirliyinin rolunu azaldacaq və bu sahəni ikinci plana keçirəcək: "Bundan əlavə, bu məsələ ictimai müzakirəyə çıxarılmayıb və əksər mədəniyyət və incəsənət xadimləri hökumətin bu təşəbbüsündən narahatdır".

Diaspora Nazirliyinin əməkdaşları da dövlət aparatında baş verəcək dəyişikliklərə qarşıdır.

"Bizi nazirliyin ləğv barədə məlumatlandırmayıblar. 90-na yaxın əməkdaş işsiz qalacaq", - deyə nazirliyin Yaxın və Orta Şərq ölkələrində erməni icmaları məsələləri üzrə idarənin rəisi bildirib.

O hesab edir ki, nazirlik Ermənistan üçün strateji məsələlərlə məşğul olur.