HADİSƏ

Avropanın mərkəzində atışma oldu, ölən var

Daha əvvəl atışma zamanı iki nəfərin ağır yaralandığı bildirilmişdi.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Avstriyanın paytaxtı Vyananın mərkəzində baş verən hadisə zamanı bir nəfər ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl atışma zamanı iki nəfərin ağır yaralandığı bildirilmişdi. Polis həmin yaralılardan birinin öldüyünü xəbər verib.

Hadisə şəhərin Lügek meydanında baş verib. Hadisəni törədən şəxs aradan çıxa bilib.