BAKI, 21 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulaçağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə: Dekabrın 22-23-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 23-də gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.