BAKI, 21 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Ədliyyə naziri Fikrət Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.