CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada itkin düşən şəxs döyülmüş vəziyyətdə tapılıb - FOTO

Məlumata görə, o Şabran meşəsində döyülmüş vəziyyətdə tapılıb.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Quba rayonun Amsarqışlaq kəndində dekabrın 16-da itkin düşən 1985-ci il təvəllüdlü Murod İsrafil oğlu Yusupov tapılıb. Bu barədə Sputnik Azərbaycan-a onun yaxınları məlumat veriblər.

Məlumata görə, o, Şabran meşəsində döyülmüş vəziyyətdə tapılıb.

Qubada itkin düşən şəxs döyülmüş vəziyyətdə tapılıb - FOTO

"Möhkəm döyülüb. Gözünün biri açılmır. Ayaqları tutulub", - deyə bildirilib.