İki övladının ölümünə səbəb olan qadına 40 il həbs cəzası verildi

2017-ci ildə 33 dərəcə istidə körpələri 15-18 saat avtomobildə qoyub şənliyə gedən ana səhər saatlarında uşaqlarını halsız şəkildə tapıb.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. ABŞ-ın Texas ştatında qəribə hadisə baş verib. Belə ki, Amanda Havkins bir və iki yaşında iki uşağını avtomobildə qoyub şənliyə gedib. Nəticədə iki körpə avtomobildə ölüb.  Körpələrin ölümünə səbəbkar olan anaya məhkəmə cəza verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki,  2017-ci ildə 33 dərəcə istidə körpələri 15-18 saat avtomobildə qoyub şənliyə gedən ana səhər saatlarında uşaqlarını halsız şəkildə tapıb. Polisdən qorxan qadın uşaqları öncə suyun altına tutub. Daha sonra xəstəxanaya gedən qadın körpələrin göl ətrafında çiçək qoxluyandan sonra vəziyyətlərinin dəyişdiyini deyib. Amma bunun çiçəkdən zəhərlənmə olmadığını, istidən hallarının pisləşdiyini həkimlər anladılar.

İki övladının ölümünə səbəb olan qadına 40 il həbs cəzası verildi

Sonradan məlum olub ki, bir nəfər qadın Havkinsə məlumat verib ki, uşaqlar avtomobildə ağlayır. Qadın cavab verib ki, ağlayıb yatacaqlar.

İki körpənin ölümünə səbəb olan anaya məhkəmə 40 il iş kəsib.