İQTİSADİYYAT

"Forbes" biznes üçün uğurlu olan ölkəni açıqladı

Ölkələrin dəyərləndirilməsi zamanı 15 göstərici nəzərəm alınır
Sputnik

BAKI, 21 dekabr — Sputnik. "Forbes" jurnalı biznes üçün ən yaxşı ölkələrin siyahısını açıqlayıb. Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, siyahıda investorlar üçün cazibəli olan 161 ölkənin adı qeyd edilib. Rusiya siyahıda 55-ci yerdədir. 

Məlumata görə, siyahıda 1-ci yerdə Böyük Britaniya, ikinci yerdə İsveç, 3-cü yerdə isə Honqonq qərarlaşıb. Ən yaxşı ölkələrin 5-liyinə Niderland və yeni Zelandiya da yer alıb. ABŞ siyahıda 17-ci yerdədir.

Xatırladaq ki, jurnal 30 ildir öz reytinq siyahısını hazırlayır. Britaniya ikinci ildir ki, siyahıya liderlik edir.

Ölkələrin dəyərləndirilməsi zamanı 15 göstərici nəzərə alınır. Krallıq bu göstəricilərin hamısını özündə birləşdirir.

"Forbes" ekspertləri qeyd edirlər ki, Böyük Britaniyanın "kədərli" gələcəyinə baxmayaraq, Krallıqda işgüzar iqlim cazibədar olaraq qalır.