Başqasının yerinə həbsdə yatıb milyonçu oldu

Şahidlərə Amosun fotosu göstərilən zaman onlar etiraf edib ki, Amos cinayətkara daha çox bənzəyir.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Bir nəfər amerikalı 17 il bənzərinin yerinə həbsdə yataraq milyonçu olub. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ sakini Riçard Entoni Cons bənzərinin törətdiyi cinayətə görə 17 il həbs həyatı yaşayıb. İndi ona 1,1 milyon dollar kompensasiya veriləcək.

Cons 1999-cu ildə oğurluqda ittiham edilib. O vaxt Consun bənzəri supermarketin park yerində qadının telefonunu əlindən alaraq qaçıbmış. Cinayətkarın qurbanı onunla dava edən zaman yerə yıxılaraq dizini əzir.

Şahidlərin sözlərinə görə, bu Rik adlı şəxs olub.

Cons isə cinayət hadisəsi baş verən zaman öz qız rəfiqəsinin ad günündə olub. Burada onu çox sayda adam görüb. Buna baxmayaraq, hadisə şahidləri onu cinayətdə günahlandırıb. Bundan başqa cinayətkar avtomobili Consun evinin yanında saxlayıbmış. Cons məhkəmə zamanı 19 il azadlıqdan məhrum eidlir. O apellyasiaya müraciət etsə də uduzur. Bundan sonra hüquq müdafiəçilərinə müraciət edir. Onlar həqiqəti üzə çıxara bilir. Məlum olur ki, əsl cinayətkar Riki Li Amos Consun evinin yaxınlığında hadisə yerinə yaxın bir evdə yaşayır.

Şahidlərə Amosun fotosu göstərilən zaman onlar etiraf edib ki, Amos cinayətkara daha çox bənzəyir.

Məhkəmə bu halı qəbul edərək Consu azadlığa buraxır. Ancaq müddət bitdiyinə görə, Amos həbs edilmir.

Cons kompensasiya ilə yanaşı günahsız olduğuna dair sertifikat, hüquqşüans məsləhətinə dəvət alıb. Onun polisdə saxlanılan işinin bütün materialları, həmçinin bioloji materiallar məhv edilib.