Azərbaycanda "Milli Uşaq Strategiyası" qəbul ediləcək

H.Hüseynova daha sonra cəbhəyanı bölgələrdə yaşayan qadınların problemlərindən söz açıb
Sputnik

BAKI, 21 dekabr - Sputnik. Dünya Bankının təşkilatçılığı ilə "İnsan Kapitalı Forumu" 3 günlük işinin yekun tədbiri keçirilib. Spuntik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıb.

Hicran Hüseynova: “750 milyondan artıq qız erkən nikaha sövq edilir”

O, Dünya Bankı tərəfindən hazırlanan hesabata münasibət bildirib: "Hesabatla tanış oldum, burada bir neçə il öncəki statistik rəqəmləri əhatə edir. Yaxşı olardı ki, belə hesabatlar hazırlanarkən yerli mütəxəssislər də işə cəlb olunsun".

Komitə sədri daha sonra Dünya İqtisadi Forumunun "Doing Business" hesabatından söz açıb: "Doing Business"də Azərbaycan reytinq üzrə 25-ci yerdə qərarlaşıb. Azərbaycan inkişafda olan ölkələr sırasında illik inkuliziv inkişaf indeksinə görə 7 ballıq sistemlə 4.69 bal yığmaqla 3-cü yerdə qərarlaşıb. Həmçinin burada qeyd olunur ki, Azərbaycan 10 islahatçı ölkədən biridir. Son 15 ildə Azərbaycanda yoxsulluq 5.5 faizə endirilib".

H.Hüseynova daha sonra cəbhəyanı bölgələrdə yaşayan qadınların problemlərindən söz açıb: "Hazırda bu bölgələrdə uşaqlar müxtəlif problemlərlə doğulur. Bunun da əsas səbəbi həmin bölgələrdə yaşayan qadınlarda erkən uşaqlıq və hamiləlik dövründə yaşanan stressin daha yüksək olması ilə bağlıdır".

Komitə sədri daha sonra müxtəlif bölgələrdə qadın və uşaq zorakılığının qarşısının alınması üçün monitorinq qrupunun yaradıldığını deyib.

H.Hüseynovanın sözlərinə görə, növbəti ildən etibarən Azərbaycanda "Milli Uşaq Strategiyası"nın qəbul ediləcək.