Qalmaqal davam edir: Yerevan yenə Belarusa qarşı çıxdı

"Ermənistanın mövqeyi əvvəlki kimidir"
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi konsensus əsasında seçilməlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan Belarus prezidenti Aleksandr Lukeşenkonun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunması haqqında qanun layihəsinin imzalanmasını şərh edərkən bildirib.

"Ermənistanın mövqeyi əvvəlki kimidir. KTMT baş katibi konsensius yolu ilə seçilməlidir", - deyə Yeqoyan qeyd edib.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunması haqqında qanun layihəsini imzalayıb.

"Belarus Təhlükəsizlik Şurasının dövlət katibi (Zas) artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub. Bu ölkələrin rəhbərləri Belarusun namizədini dəstəkləyib. Aleksandr Lukaşenko, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalamaqla Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək verib. Belarus prezidenti KTMT-ı üzvü olan Ermənistanın Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirib.