Mətbuat mərkəzi

Professor: “Azərbaycanda dublyaj adı ilə səsləndirmə filmləri təqdim olunur”

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyir ki, dublyaja az vəsait ayrıldığı üçün yığcam heyətdən istifadə olunur
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimediya Mərkəzində xarici filmlərin dublyajının yüksəldilməsi və bu sahədəAzərbaycan dilinin təbliğatının gücləndirilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirin iştirakçısı əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli ölkəmizdə dublyaj olunan filmlərin keyfiyyəti haqqında danışıb. O bildirib ki, dublyaj filmləri haqqında danışarkən yerli televiziya kanallarının nümayiş etdirdiyi filmlər yada düşür:

“Əvvəlki dövrlərlə müqayisədə bu sahədə problemlərin olduğu görünür. Bu gün dublyaj adı ilə səsləndirmə filmləri təqdim olunur. Hazırda dublyaja az vəsait ayrıldığı üçün yığcam heyətdən istifadə olunur. Filmi ucuz əldə etmək istəyərkən peşəkarlıq qurban verilir. Burada dil məsələsinə xüsusi diqqət yetirmək lazımdır. İstərdim ki, bizdə mərkəzləşdirilmiş peşəkar dublyaj studiyaları olsun”.

Qulu Məhərrəmlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz