Lukaşenko Ermənistana qarşı çıxdı, rəsmi sənədi imzaladı

O, Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunması haqqında qanun layihəsini imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Belarus Təhlükəsizlik Şurasının dövlət katibi (Zas) artıq Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyada olub. Bu ölkələrin rəhbərləri Belarusun namizədini dəstəkləyib. Aleksandr Lukaşenko, həmçinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərarını imzalamaqla Zasın rəsmi olaraq namizədliyini dəstəkləyib", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək verib. Belarus prezidenti KTMT-ı üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirib.