“2019-cu ildə Dövlət Gömrük Komitəsində aparılan islahatlar davam etdiriləcək”. Sputnik Azərbayacan-ın xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
“Gələn il sərhəd keçid məntəqələrində infrastruktura yenidən baxılaraq sərhəd ticarətinin daha da asanlaşdırılması üçün işlər görüləcək. Eyni zamanda idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərinin minimuma endirilməsi istiqamətində tədbirlər reallaşdırılacaq. Bu sahədə yaşıl dəhliz sisteminin tətbiqi həm idxal, həm də ixrac əməliyyatları üçün genişləndiriləcək. Sahibkarlar insan amili olmadan, mallarını anbarlara boşalda biləcəklər”, - deyə Səfər Mehdiyev bildirib.
Səfər Mehdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz