Şaxta baba və qar qız olmaq üçün icazənin qiyməti açıqlandı

Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək
Sputnik

BAKI, 20 dekabr — Sputnik. "Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır. Bu rüsumu ödəyən cütlük Bakıda fəaliyyət göstərə bilər. 2017-ci ildə də həmin qiymət idi, dəyişiklik yoxdur". Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumata görə, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün qiymətlər keçən ilkindən fərqlənmir.

Qeyd olunub ki, hələ ki, Şaxta baba və Qar qız olmaq üçün quruma müraciət olunmayıb.

Şaxta baba və Qar qız cütlüklərinin fəaliyyətinə dekabrın 25-dən icazə veriləcək. Cütlük 2019-cu il yanvarın 15-dək fəaliyyət göstərəcək.