RUSİYA

Putindən təhlükə siqnalı: "Bu, dünyanın sonu ola bilər"

Rusiya prezidenti: "Biz beynəlxalq sistemdə silahlanlanmanın məhdudlaşdırılmasının aradan qalxdığını görürük"
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında Rusiya ilə ABŞ arasında nüvə raketi zərbələri barədə sualı cavablandırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, o bildirib ki, dünyada belə bir təhlükəli ssenari ört-basdır edilir, amma bu, sivilizasiyanın, hətta dünyanın sonunu gətirə bilər.

"Biz beynəlxalq sistemdə silahlanlanmanın məhdudlaşdırılmasının aradan qalxdığını görürük" - Kreml başçısı vurğulayıb.

Putin Birləşmiş Ştatların raket əleyhinə sazişdən çıxdığını xatırladıb: "Bundan sonra Moskva öz silahlarını modernizə etməyə başladı. Nəticədə Rusiya üstünlük əldə etdi, lakin söhbət paritetin saxlanılmasından gedir. İndi isə ABŞ orta və kiçik mənzilli raketlərin (OKMR) ləğvinə dair sazişdən çıxır".