BNA sürücülərə və piyadalara xəbərdarlıq edir

Avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Hazırda paytaxt Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti verib.

Bildirilib ki, sürəti endirməyin əsas məqsədi, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.