Sürücülərin nəzərinə: Bəzi yollarda dəyişiklik edildi

Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılır
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi tərəfindən yollarda tıxacın qarşısını almaq üçün işlər aparılır. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyin-ə istinadən xəbər verir ki, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən Babək prospektinə gələn yolda dəyişiklik edilib. 

Dövlət Yol Polisi sürücülərə xəbərdarlıq edir

Belə ki, indəyək ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular. Nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı.

Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər. Bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaq.

Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılır.