RUSİYA

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

İndi əcnəbilər yeni il bayramını keçirmək üçün digər Avropa paytaxtları ilə yanaşı Moskvanı da tez-tez seçirlər.
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Yeni il Rusiyada ənənəvi olaraq ailə bayramı sayılır. Ailə, bayramı masa arxasında, kilolarla paytaxt salatını yeməklə keçirir. Lakin son beş ildə Moskvanın qonaqları və şəhər sakinləri bayramı küçələrdə qarşılamağa üstünlük verirlər. Bu, təəccüblü deyil, çünki şəhərdə minlərlə işıq parlayır, sayrışır və nağılvari mənzərə yaranır.

Əsrlərdə yaşayan ənənə

Yeni il Rusiyanın hələ qədim zamanlardan qeyd olunmağa başlayan əsas bayramıdır. Düzdür, XV əsrə qədər Yeni ilin gəlişini martın əvvəlində qeyd edirdilər, XV əsrdən başlayaraq isə bu bayram 1 sentyabrda qeyd olunurdu.

Rusiyanın ilk imperatoru I Pyotr İsa Məsihin doğumundan başlayan yeni təqvim tərtib edib. Onda cari 7208-ci il 1699-cu il oldu. Həmçinin Pyotr Avropadakı kimi Yeni ilin 1 yanvarda bayram edilməsi ənənəsini gətirdi. Beləliklə, yolka qurulmağa və Moskvanın əsas küçələri bəzədilməyə başladı. Nəhayət, yolka Yeni ilin və Miladın simvolu oldu.

Şəhər sakinlərinə bayramla bağlı bir-birini təbrik etmək, bayram şərəfinə silahlardan atəş açmaq göstərişi verildi. Qızıl meydanda isə böyük atəşfəşanlıq, yaylım atəşləri təşkil edilirdi. Elə həmin vaxt xalq gəzintiləri və maskaradlar ənənəsi formalaşmağa başladı.

1917-ci ildə monarxiya devrildikdən sonra keçmiş quruluşun simvolu olan Milad, onunla bir yerdə isə Yeni il ləğv olundu. O zaman Yeni il yolkaları və şəhər bəzədilmələri yoxa çıxdı. Bu ənənənin bərpası barədə qərar 1935-ci ildə Stalinin vaxtında qəbul edildi. 1947-ci ildə yanvarın 1-i istirahət günü oldu, 1969-1970-ci il mövsümündə dövlət başçısı təntənəli olaraq xalqı Yeni ilin gəlməsi münasibətilə təbrik etməyə başladı.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Sovet illərində dekabr ayında Moskva küçələrində bəzənmiş yolka ağacları, Şaxta babaların, Qar qızların və qar adamlarının böyük fiqurları, yanıb-sönən lampalar, bayram plakatları peyda olardı. Eyni zamanda şəhərdə şam ağacları bazarı və Yeni il yarmarkaları açılardı.

SSRİ-nin dağılmasından sonra da bu ənənələr qaldı. Şəhər hələ də Yeni il və Milad bayramlarında parlaq şəkildə bəzədilir. Lakin son illərdə bu, xüsusi ssenari əsasında baş verir.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

2012-ci ildən etibarən Rusiya paytaxtında sakinlər və turistlər üçün beynəlxalq standartlara uyğun rahat ictimai məkanların yaradılmasına böyük diqqət ayrılır. Yeni piyada küçələri yaradılır, bayrama özəl hər zövqə uyğun kafe və mağazalar açılır. Xarici qonaqlar tez-tez deyirlər ki, Moskvanın siması dəyişib və o, daha rahat olub.

Yeddi il ərzində, paytaxtın müvafiq proqramına uyğun olaraq, binaların, körpülərin, abidələrin bədii-memarlıq üslubunda işıqlandırılması hesabına unikal işıq sahəsi yaradılıb.

Böyük şəhərdə dizayn

2012-ci ildə Moskvada yeni piyada küçələri - Kamerger və Stoleşnikov döngələri, Kuznetsk körpüsü və Milad küçəsi yaradılıb. Şəhərin dizaynı ilə bağlı vahid Yeni il konsepsiyası isə bu yaxınlarda - 2013-2014-cü illərdə tətbiq olunmağa başlayıb.

O zaman paytaxtın mədəniyyət departamentinin sifarişli ilə şəhərin bayram obrazının yaradılmasına məşhur rusiyalı dizayner Artemi Lebedevin studiyası cəlb edilib. Onlar Yeni il loqotipləri, patternlər, vinyetlər, səkilər və piktoqramlar hazırlayıblar. Şəhərin bayram tərtibatının şüarı "Qışın ən yaxşı şəhəri" olub.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Yeni piyada zonaları, həmçinin bulvar və meydanlar o vaxt qeyri-adi dekorativ elementlərlə və işıq fiqurları ilə bəzədilib. Ümumilikdə, Moskvada 12 min qənaətlə işləyən işıqlarla haşiyələnmiş bayram obyektləri quraşdırılıb. Küçələrdə "Ulduzlu səma" və işıq ağaclarından ibarət konstruksiyalar yaradılıb.

O zaman "Moskva mövsümü" tsiklindən olan ilk "Milad səyahəti" festivalı keçirilib.

İşıq dolayları

Növbəti Yeni ildə - 2014-2015-ci illərdə paytaxtın bəzədilməsi üçün "İşıq dolayları" adlı tematik konsepsiya işlənib hazırlanıb. Piyada küçələrində piyadaların başı üzərini orijinal işıq konstruksiyaları işıqlandırıb.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Şəhərdə minlərlə Yeni il yolkaları bəzədilib ki, onların da arasında ənənəvi ağaclar və onların müasir materiallardan hazırlanmış kreativ formaları olub.

Paytaxtın ən önəmli meydanları olan - Smolenk, Paveletsk, Serpuxov, Taqansk və digərlərində hündürlüyü eyni boyda olan yolkalar bəzədilib. Lakin onların hər birinin özünəməxsus dizaynı olub. Maraqlıdır ki, şəhərin tərtibatı konsepsiyasını moskvalılar özləri şəhərin "Fəal vətəndaş" portalından seçiblər.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Moskvanın Yeni il və Milad bayramı üçün ənənəvi bəzəklərini 2015-ci ildə ölkədə elan edilmiş " Rus Ədəbiyyatı İli" tamamlayıb.

Poçt markası

Xaricdə 2015 və 2016-cı illərdə paytaxtların əsas yeni il bəzəklərinin simvolları poçt markaları olub. İş ondadır ki, Yeni il və Milad bayramı təbriklər və gözəl arzuları ifadə etmək vaxtıdır. Açıqcalar və poçt markaları da onlarla yaxşı assosiasiya olunur.

Həmçinin meydanlarda, yeni ictimai məkanlarda, piyada küçələrində iri həcmli dekorativ konstruksiyalar, böyük yolka şarları, gülşəkilli işıq fəvvarələri peyda olub. Bütün bu elementlər "Yeni il əhval-ruhiyyəsi" mövzusunda birləşdirilib, bu mövzunun simvolu da poçt markasıdır.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Ölkənin ən əsas dükanlarından biri olan Qızıl meydandakı QUM da eyni üslubda bəzədilib.

İtaliya ilə dostluq

2017-ci ili qarşılayanda Moskva italyan üslubunda bəzədilmişdi. Onda əsas motiv kimi italyan ornamentləri götürülmüşdü. 2017-ci ilin loqotipi bu ornamentlərdən təşkil olunmuşdu. Rəsmilər öz seçimlərini Rusiya və İtaliya mədəniyyətinin tarixi oxşarlığı ilə izah edirdilər.

Bayram tərtibatında vacib yeri işıqlandırılmış qurğular - məsələn, böyük şarlar, tağlar, işıq fəvarələri tuturdular.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

"Milad səyahəti" festivalı çərçivəsində yeni il işıqlandırılması xüsusilə parlaq və yaddaqalan olub. Hətta Yeni il gözəlliyinə öyrəşmiş moskvalıların özləri küçələrdə məmnuniyyətlə dolaşaraq bu möhtəşəm dekorasiyaların fonunda şəkil çəkdirirdilər.

Bütün həyatımız teatrdır

2017-2018-ci il  mövsümündə yeni il bayramları üçün teatr mövzusu seçilmişdi. Ona görə də küçələrdə teatr səhnələri, maskalı fiqurlar, işıqlı kulislər və yelpiklər şəhəri bürüyüb. Bir sözlə şəhər açıq səma altında teatra çevrilmişdi.

"Milad səyahəti" festivalı ilə bağlı dekabrın 31-dən yanvarın 3-dək Tverskaya, Moxovaya və Oxotnıy Ryad küçələri bağlanmışdı.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Festivalda müxtəlif səhnələr o cümlədən tamaşalar oynanılırdı. Qonaqlar stritfud müəllif yeməklərinin dadına baxır, Yeni il bəzəklərinin fonunda şəkillər çəkdirir, mahnı oxuyur və rəqs edirdilər.

Universal ehtiyat

Yeni il bəzəklərinin heç də hamısı hər il xüsusi olaraq təşkil edilmir, onların əksəriyyəti dəfələrlə istifadə edilir. Şəhərdə dekorativ elementlərdən ibarət kifayət qədər ehtiyatlar var. Bu isə şəhərin bəzəklə təminatı üçün xərclərə qənaət etmək baxımından önəm daşıyır." - deyə Moskvanın Birləşmiş Enerji Şirkəti izah edir.

İri obyektlərdə işıq tağları dəfələrlə istifadə olunur. Onları Tver və Puşkin, eləcə də İnqilab meydanlarında, Kamerger və Qəzet döngələrində, Novopuşkin parkında görmək olar. Şəhər sakinləri və paytaxtın qonaqları Bolşoy Dmitrovka və Nikolski küçələrindəki "Ulduzlu səma" işıq konstruksiyasını və işıq ağaclarını xüsusilə sevirlər.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

"Yeni il bayramında şəhəri bəzəyən iri həcmli dekorativ konstruksiyaların əksəriyyəti ola bilsin ki, yenidən quraşdırılsın, yaxud da xırda dəyişikliklərlər hesabına yeni daha unikal görkəm alsın" - deyə Birləşmiş Enerji Şirkətindən bildiriblər.

İstənilən zövqə uyğun

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

 

Yeni il və Milad bayramlarında Moskvada hər cür yarmarkalar təşkil edilir. Artıq Manej meydanında və Qızıl meydanda ənənəvi yarmarkalar mövcuddur.

Bu bazarlarda ticarət pavilyonları ilə yanaşı kiçik əyləncə yerləri, yelləncəklər var. Qızıl meydanda həmçinin buz sürüşkəni quraşdırılır.

Ulduzlu səma: Moskvanın Yeni ildə fantastik dəyişimi

Kuznetsk körpüsü tipli piyada küçələrində də milad bazarları fəaliyyət göstərir. Şəhər parklarında da məşğuliyyət üçün nələrsə olur, məsələn, "Sokolniki" parkında XTNS və Qorki parkında nəinki Moskvada, bütün Avropada da ən böyük sürüşmə məkanları yaradılır.

Şəhərdəki dəyişikliklər Moskvanın nəinki yerli, eləcə də xarici turistlər arasında populyarlığının artmasına kömək edib. Bir çox ziyarətçilər qeyd edirlər ki, Rusiya paytaxtı dəyişib, daha əlverişli və rahat olub. İndi əcnəbilər yeni il bayramını keçirmək üçün digər Avropa paytaxtları ilə yanaşı buranı tez-tez seçirlər.