BAKI, 20 dekabr - Sputnik. ABŞ Mərkəzi Bankı (Fed) qlobal bazarların səbirsizliklə gözlədiyi qərarını verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcələrini 25 bənd artıraraq 2.00% - 2.25% aralığından 2.25% - 2.50% aralığına qaldırıb. Fed 2018-ci ildə 4-cü dəfədir faiz artırır.
İqtisadçılar da Fed-in faiz artıracağını gözləyirdilər.
Fed gələn il 2 dəfə faiz artıracağını gözləyir.