“Təhsilin ayrı-ayrı pilləri haqqında qanunun qəbuluna ehtiyac var idi”. Bunu Sputnik Azərbaycan-a Milli Məclis tərəfindən qəbul edilən “Ümumi təhsil haqqında” qanunu Sputnik Azərbaycan-a şərh edərkən təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, bu qanunda ümumi təhsilin formaları, həyata keçirilməsi, təhsil alanların və təhsil verənlərin vəzifə və hüquqları əksini tapıb: “Qanunun 13-cü maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil edilir. Təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir. Burada orta məktəblərin idarə olunmasında mobilliyin təmin edilməsi və idarə edən şəxslərin vəzifələri ilə bağlı ciddi yeniliklər var. Qanun layihəsinin 12-ci maddəsində bildirilir ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Təhsilin pilləri üçün ayrılıqda qanunların qəbul edilməsi onun əhatə dairəsinin genişlənməsinə və əlçatımlılığının təmin olunmasına müsbət təsir göstərəcək”.
Qeyd edək ki, dekabrın 18-də “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz