Həyat yoldaşı kişiyə 3 uşağının heç birinin ondan olmadığını dedi

Türkiyədə yaşayan Ç.Necdet 21 ildir ki, birgə yaşadığı həyat yoldaşı tərəfindən aldadılıb
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Türkiyədə 2 il öncə dağılan ailənin dramı hər kəsi şoka salıb. həyat yoldaşı Necdet ilə birgə yaşadıqları evi tərk edən İlkay uzun illərdir ki, ona xəyanət edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həyat yoldaşının evə dönməyəcəyini öyrənən Necdət Ç. həyat yoldaşı İlkay Y.-dən boşanmaq üçün məhkəmə müraciət edib. O məhkəmə vasitəsilə övladlarının vəliəhdini tələb edib. Bu zaman övladların ondan olmadığını öyrənib.

Həyat yoldaşı kişiyə 3 uşağının heç birinin ondan olmadığını dedi

"Boşanmaq üçün ilk olaraq mən məhkəməyə müraciət etdim. Bu müddətdə onun bir başqası ilə yaşadığını da öyrəndim. Məqsədim övladlarımı ondan geri almaq idi. Lakin bu zaman uşaqların mənə aid olmadığını öyrəndim. DNT testi də bunu təsdiqlədi" - deyə Necdət bildirib.

Qeyd edək ki, hazırda zərərçəkmiş qismində olan Ç.Necdət həm maddi, həm də mənəvi təzminat üçün yenidən məhkəməyə müraciət edib.