CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fahişəliyə cəlb etmə, oğurluq, narkotik... - İndi də məscidi soyub

Din xadimlərinə məxsus pulları oğurlamaqda şübhəli bilinən kişi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Din xadimlərinə məxsus pulları oğurlamaqda şübhəli bilinən kişi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, o, şəhər sakini Telman Cəbrayılovdur. Cəbrayılov Sumqayıtın 6-cı mikrorayonu ərazisindəki "Cümə" məscidinin qarşısına qoyulmuş nəzir qutusunu soymaqda təqsirli bilinir. Bundan əlavə, şübhəli şirniyyat sexindən sərinləşdirici içkilər, köşkdən tütün məmulatı və bir evdən geyim əşyaları oğurlamaqda günahlandırılır.

Araşdırma zamanı onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir. Hüquq-mühafizə orqanları saxlanılan şəxsin digər cinayətlərdə əlinin olub-olmadığını araşdırır.