Türkiyədə sıra polisə çatdı, kütləvi həbslər aparılır

Əməliyyat nəticəsində 12-si polis rəisi, 16-sı müstəntiq olmaqla, polis orqanlarında işləyən 49 nəfər həbs edilib
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Türkiyədə hüquq-mühafizə orqanları daxilinə sızmış FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvlərinə qarşı böyük əməliyyat keçirilib. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir.

Məlumata əsasən, əməliyyat nəticəsində 12-si polis rəisi, 16-sı müstəntiq olmaqla, polis orqanlarında işləyən 49 nəfər həbs edilib. Hazırda faktlarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin daxilinə sızmış FETÖ üzvlərinə qarşı növbəti böyük əməliyyat keçirilib. "Qazi Turgut Aslan" adı verilən əməliyyat nəticəsində 118 hərbçi həbs edilib.