Tibbi birlik və assosiasiyaların federasiyası haqqında qərar qəbul olunub

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi" mövzusunda konfrans keçirilib
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Tədbir peşəkar tibbi birlik və assosiasiyaların səhiyyə sisteminin təkmilləşdirilməsində, səhiyyə siyasətinin formalaşmasında, həyata keçirilməsinə həsr edilib.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də iştirak edib.

Peşəkar tibbi birlik və assosiasiyaların son 5 ildə gördüyü işlər, beynəlxalq əməkdaşlığı və gələcək planları haqda məlumat verilib.

Sonda Azərbaycanda peşəkar tibbi birlik və assosiasiyaların federasiyasının yaradılması haqqında qərar qəbul olunub.