Təmizliklə məşğul olmaq qadına baha başa gəldi - FOTO

Həkimlərin müdaxiləsi ilə xəstəiyin inkişafı dayandırılıb.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Çində təmizlikdən sonra qadının 8 barmağı qanqrena olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Hubey əyalətində baş verib. Çjan soyadlı 53 yaşlı qadın təmizlik edən zaman barmağı kəsilib. Qadın kiçik yaraya fikir verməyərək bağlamayıb.

İki gün sonra yaranın ətrafında göyərmə əmələ gəlib. Bir müddət sonra qadının barmaqları qaralmağa başlayıb. Qaralan yer qaşınıb və quruyub. Bir müddət sonra Çjan onu hiss etməməyə başlayıb. Qadın həkimə müraciət edib və ona qanqrena diaqnozu qoyulub. Həkimlərin müdaxiləsi ilə xəstəiyin inkişafı dayandırılıb.

Təmizliklə məşğul olmaq qadına baha başa gəldi - FOTO

İnfeksiya qanqrenası bəzən ağır yaralanmalar nəticəsində yaransa da, bəzən diabet xəstələrində kiçik yaralanamalardan da meydana gələ bilir.