HADİSƏ

Ziyarətçinin sənət əsərinə baxan yerdə ürəyi dayanıb

Hazırda onun səhhəti yaxşı qiymətləndirilir.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Keçən həftənin şənbə günü İtaliyanın ən böyük və turist qəbul edən muzeylərindən biri olan Uffizi Qalereyasında qəribə hadisə baş verib.

Belə ki, qalereyani gəzən bir nəfər “Veneranın Doğuşu” tablosu qarşısında dayanan zaman qəfil yerə yıxılıb. Onun qəfil ürəyi dayanıb. İşçilər ona kömək edib və ürək döyüntülərini bərpa ediblər.

O, təcili yardım ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Hazırda onun səhhəti yaxşı olaraq qiymətləndirilir.