CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyaya gedən azərbaycanlılara bəd xəbər

Qanun 3-cü oxunuşda qəbul edilib
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Rusiya Dövlət Duması saxta nikahlarla mübarizə ilə bağlı qanun qəbul edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Duma əcnəbilərin Rusiya vətəndaşları ilə ailə quraraq, müvəqqəti yaşama icazəsi alması üçün bağladıqları saxta nikahların qarşısını almaq baxımından qanuna dəyişiklik edib.

Sənəd 3-cü oxunuşda qəbul edilib.

Qanun layihəsinə görə, indi Rusiya vətəndaşı ilə nikaha daxil olan əcnəbilərə yalnız onun həyat yoldaşının yaşadığı ərazidə yaşamaq üçün müvəqqəti icazə veriləcək.