İlham Əliyev yeni qanunu təsdiqləyib

"Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə" Çoxtərəfli Sazişə qoşuluruq
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Prezident İlham Əliyev "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə" Çoxtərəfli Sazişə qoşulmaq haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qeyd edək ki, qanunda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2010-cu il 24 sentyabr tarixində Nyu-York şəhərində imzalanmış "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Beynəlxalq Beyin Mərkəzinin yaradılması üzrə" Çoxtərəfli Sazişə Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulsun".