BAKI, 18 dekabr — Sputnik. Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, Samux rayonunun 1948-ci il təvəllüdlü Lüksemburq kənd sakini Məmmədova Növbər Qurban qızı yolu qarşı tərəfə keçmək istəyən zaman onu "BMW" markalı avtomobil vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Hadisə zamanı ölən piyadanın yaxınları Bakı-Qazax magistral yolunu bir müddət bağlayıblar. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və avtomobillərin hərəkəti bərpa olunub.
Bunda əlavə mərhumun yaxınları meyitin tibbi ekspertizaya aparılmasına imkan verməyiblər.
Faktla bağlı araşdırma aparılır.