SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ölkə başçısı əcnəbi qonaqları qəbul edib

Sergey Morozov Azərbaycana səfərə gəlib
Sputnik

BAKI, 19 dekabr - Sputnik. Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev bu gün Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.