Eldar Tanrıverdiyev, Sputnik Azrbaycan
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda yaradılan sənaye parkları və məhəllələri hesabına dövlət 5 milyard manat sərmayə cəlb edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxışı zamanı deyib.
"Sahibkarlar üçün investisiya təşviqi mexanizminin işə düşdüyü 2 il ərzində 330 layihəyə investisiya təşviqi sənədi verilib, 2.8 milyard manat investisiyanın yatırılması həyata keçirilib. Hazırda sənaye ilə yanaşı kənd təsərrüfatı sahəsində də oxşar mexanizm tətbiq edilir" - deyə nazir vurğulayıb.