CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SputnikPRO təliminin ikinci günü: Azərbaycanlı jurnalistlər nələr öyrəndilər

Bakıda SputnikPRO təhsil layihəsinin ikinci günü baş tutub. Seminar bununla da öz işini tamamlayıb. Bu dəfə təlimdə ölkəmizin aparıcı KİV-nin nümayəndələri iştirak ediblər və öz təəssüratları ilə bölüşüblər.
Sputnik

"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin məsləhətçisi Svetlana Babayeva “feyk” xəbərlərlə mübarizə aparmaq və onlardan necə xilas olmaq haqqında danışıb. 

 "Rossiya seqodnya"nın onlayn və yeni media sahəsində layihə rəhbəri Mixail Konrad isə azərbaycanlı həmkarlarına maraqlı multimedia həllərindən istifadəsi haqqında söz açıb. Qeyd edib ki, onlar oxucu auditoriyasının diqqətini cəlb etmək sahəsində böyük rol oynayır.

Qeyd edək ki, dekabrın 18-i SputnikPRO layihəsi çərçivəsində azərbaycanlı tələblərə də seminar keçirilib.