Rusiyanın Venesueladakı "bazası" göstərildi – FOTO

Rusiyanın belə bir obyekti həqiqətən dəstəkləyəcəyinə dair heç bir zəmanət yoxdur.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Karib dənizində yerləşən Venesuelanın Orçila adasında Rusiyanın strateji raket daşıyıcılarının olduğu baza var. Bu barədə Sputnik Azərbaycan "The Drive" nəşrinə istinadən xəbər verir.

Rusiyanın Venesueladakı "bazası" göstərildi – FOTO

Nəşr adanın peyk şəkillərini yayıb. Şəkillərdən adada bazanın hazırlandığı görünür. Belə ki, "Drive" adada son bir neçə ildə baş verən dəyişikliklərə diqqət ayırıb. Belə ki, adada Tu-160-ın əməliyyatlar keçirməsi üçün kifayət qədər uzunluğa malik uçuş-eniş zolağının yaradılmasına diqqət ayırıb.

Qeyd edək ki, bu ayın əvvəlində Rusiya mətbuatı hərbi mənbələrə istinadla Rusiyanın Venesuelada strateji bombardmançı təyyarələr yerləşdirmək niyyətində olduğunu açıqlamışdı.