CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalist: “Feyk xəbərlərlə mübarizə üsulları bizdə də tətbiq edilə bilər”

“Oxu.az” saytının jurnalisti Könül Cəfərli deyir ki, problemin dərindən analiz edilib, həll yollarının doğru istiqamətdə tətbiqinə gərək var
Sputnik

Dekabrın 19-da Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunda Rusiyanın aparıcı KİV-lərinin mütəxəssisləri tərəfindən azərbaycanlı jurnalistlərə “SputnikPro” masterclass təlimi keçilib.

Masterclass-ın iştirakçılarından “Oxu.az” saytının jurnalisti Könül Cəfərli Sputnik Azərbaycan-a təlim haqqında fikirlərini bölüşüb.

O bildirib ki, artıq 3-cü dəfədir bu təlimin iştirakçısıdır: “Təlimlərdə xarici media ilə Azərbaycan mediası arasında müqayisələr aparılır və maraqlı informasiyalar əldə edirik. Bu dəfə isə təlimçilər aktual mövzu olan feyk xəbərlərin yayılması və ona qarşı mübarizə üsulları barədə məlumatlarını bölüşdülər. Qeyd edim ki, hazırda ABŞ və Rusiyada feyk xəbərlərlə mövcud mübarizə üsullarını bizdə də tətbiq etmək mümkündür. Sadəcə problemin dərindən analiz edilib, həll yollarının doğru istiqamətdə tətbiqinə gərək var. Düşünürəm ki, budəfəki təlim də uğurlu oldu”.

Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə başlayıb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.