Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb

Görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Sputnik

BAKI, 19 dekabr — Sputnik. 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Müdafiə nazirinin müavini Türkiyə Baş Qərargahının rəisi ilə görüşüb

General-leytenant K.Vəliyev Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi ordu generalı Y.Gülərə çatdırıb və səmimi qəbula görə ona təşəkkürünü bildirib.