HADİSƏ

Paytaxtın Nizami rayonu ərazisində ciddi tıxac var - FOTO

Ərazidə hərəkəti nizamlamaq üçün DYP əməkdaşları yoxdur və bu funksiyanı adi vətəndaşlar yerinə yetirir
Sputnik

BAKI, 18 dekabr - Sputnik. Bu dəqiqələrdə paytaxtın Nizami rayonu ərazisindəki Dakar meydanı (Neftçilər metro stansiyasının yanı) ətrafında ciddi tıxac yaşanır.

Bu barədə Sputnik Azərbaycan-ın hadisə yerində olan müxbiri məlumat verir. Məlumata əsasən, yaranmış tıxac ucbatından Bakıxanov qəsəbəsinə və geriyə getmək mümkün deyil.

Paytaxtın Nizami rayonu ərazisində ciddi tıxac var - FOTO

Həmçinin Əhmədli qəsəbəsi istiqamətinə və Qara Qarayev metro stansiyasına gedən yol faktiki olaraq bağlıdır. Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

Məlumatda bildirilir ki, ərazidə hərəkəti nizamlamaq üçün DYP əməkdaşları yoxdur və bu funksiyanı adi vətəndaşlar yerinə yetirir.

Paytaxtın Nizami rayonu ərazisində ciddi tıxac var - FOTO