BAKI, 18 dekabr — Sputnik. Məşhur youtuber Alyssa Dayvult atdığı addım ilə insanları şoka salıb.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı qadın qanaxma ilə həkimə müraciət edib. Həkimlər qanaxmanın səbəbini aydınlaşdıran zaman məlum olub ki, qadın uşaq dünyaya gətirib və buna görə də şiddətli qanaxma baş verib.
Araşdırma zamanı o da məlum olub ki, qadın dünyaya gətirdiyi körpəni zibil qutusuna atıb. Polis hadisə yerinə gedən zaman yeni doğulan körpənin cəsədini tapıb.
Araşdırma zamanı o da məlum olub ki, 13 ay öncə də zibil qutusuna atılan körpənin anası Alyssa Dayvault olub.