BAKI, 18 dekabr — Sputnik. Ermənistan ordusunun daha bir əsgəri yaralanıb. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, əsgər baş nahiyəsindən yaralanıb.
Məlumata əsasən, yaralanan şəxs 1999-cu il təvəllüdlü Andranik Ovanisyandır. Yaralanan əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Onun Ararat Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyinin Yerevanda yerləşən Mərkəzi Klinik Hospitalına gətirilib.
Bununla da son 4 gün ərzində hospitala 5 hərbçi gətirilib.