Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 18 dekabr — Sputnik. Səbail Rayon Polis İdarəsi Bakıda artıq dozada narkotik qəbulundan ölüm faktı qeydə alıb. Bu barədə məlumat Sputnik Azərbaycan-a sözügedən polis idarəsindən verilib.
Ötən gün saat 18:20 radələrində Salyan şossesi, 17 ünvanında yerləşən avtoservisdə, 31 yaşlı Neftçala rayon sakini Miriyev Tağı Seyidəli oğlunun cəsədi tapılıb. Onun cəsədində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Araşdırma zamanı məlum olub ki, Miriyev narkotik vasitələrin aludəçisi olub. Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, o, inyeksiya yolu ilə aşırı dozada narkotik qəbulundan ölüb. Faktla bağlı araşdırma aparılır.