BAKI, 18 dekabr — Sputnik. Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun yaradılması imkanı üzərində işləyir. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
"Bizim mövqeyimiz dəyişməzdir. Sergey Lavrov (Bakıda – red.) bir daha bunu təsdiqlədi. Biz Minsk qrupu formatında işləməyi davam etdirəcəyik. Biz sülh danışıqlarının alternativinin olmadığını düşünürük", - deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, belə iş istiqamətlərdən biri tərəflər arasında birbaşa dialoqunun imkanının yaradılmasıdır.